Bakıda polis əməkdaşı ölüb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

42 yaşlı Samir Mustafayev 24 may tarixində zəhərlənmədən xəstəxanaya yerləşdirilib. O, bu gün saat 05:00 radələrində orada dünyasını dəyişib. S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edirdi.

Faktla bağlı araşdırma aparılır.