Qaradağ rayonunda sürücü yük maşınını polislərin üzərinə sürüb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də baş verib. Rövşən İsmayılov onun idarə etdiyi yük maşının tərəzidə yoxlanılmasına etiraz edib və arqressiya göstərməyə başlayaraq “KamAZ” markalı nəqliyyat vasitəsini polislərin üzərinə sürüb.

Nəticədə sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.