Səbail rayonunda yerləşən tarixi binalar zədələnib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Sözügedən tikili Səməd Vurğun küçəsi, 16 ünvanında yerləşir. Araşdırma zamanı tarixi abidənin sütunlarının boya ilə rəngləndiyi məlum olub.

“Faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir”, – deyə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Bakıda tarixi binaya müdaxilə edilib
Foto Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti