Binəqədi rayonu, Ə.Nəvai küçəsində bir-birinə bitişik obyektlər yanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Fövqləladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma ümumi sahəsi 70 və 100 kv.m olan 2 obyektdə başlayıb. Nəticədə tikililər müvafiq olaraq 50 və 44 kv.m sahədə yanıb. Alov yaxınlıqda yerləşən bərbərxanaya keçərək 6 kv.m sahəyə, avtoyumanın tavanına isə 20 kv.m sahədə ziyan vurub.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.