Binəqədi rayonunda avtomobil və motosiklet toqquşublar. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

35 yaşlı Səttarxan Mirzəzadə motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə motosikletçi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.