Dərnəgüldə qadından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Əhmədov Dərnəgül qəsəbəsində bir qadının 100 AZN pulunu oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırmaya başlanılıb.