Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə DSK yolunda baş verib. 21 yaşlı Vüsal Piriyev “BYD” markalı avtomobillə yolu keçən 55 yaşlı Kərəm Fərzəliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.