Sabunçu rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Kürdəxanı yolunda baş verib. “Kia” və “Toyota Prius” markalı avtomobillər hərəkətdə olan zaman toqquşub. Nəticədə 1 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.