Qaradağ rayonu, Lökbatan qəsəbəsində qohumlar arasında silahlı mübahisə olub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
25 yaşlı Rəşad Cəfərov aralarında yaranan mübahisə zamanı 56 yaşlı Əlməhəmməd Orucovu ov tüfəngi ilə vuraraq yaralayıb. Nəticədə gənc oğlan saxlanılıb, yaralı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.