Məktəblilər üçün formaların qiymətləri açıqlanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Bakı Tikiş Evinə istinadən xəbər verir.

Belə ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 AZN olacaq.

“Parçalar Türkiyə və Belarusdan gəlir. Ötən il olduğu kimi, bu il formaların ölçülərinin tapılmaması ilə bağlı problem yaşanmayacaq”, – deyə “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.