Nəsimi rayonunda quldurluq edən şəxs tutulub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev həmyerlisi olan M.Quliyevə zor tətbiq edərək içərisində 4000 AZN olan pulqabısını və 2800 AZN dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.