Nizami rayonu, Ə.Əzimzadə küçəsində yaşayış evi yanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ikimərtəbəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində başlayıb. Ümumi sahəsi 120 kv.m olan mənzil 15 kv.m sahədə yanıb, 3 nəfər təxliyə olunub. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.