Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri saxlanılıblar. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

“Uber” və “Bolt” şirkətlərində çalışan, qadın sərnişinlərə əxlaqsız təkliflər edən, eləcə də narkotik alveri ilə məşğul olan 69 taksi sürücüsü saxlanılıb.

Onların bir hissəsinə qarşı cinayət işi açılıb, digərləri cərimələniblər. Araşdırmalar davam edir.