Xəzər rayonu, Qala qəsəbəsində velosipedçi qəzaya düşüb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

58 yaşlı Azər İsmayılovun idarə etdiyi “Ford Transit” markalı avtomobil velosipedlə yolu keçən 44 yaşlı Daməd Əbilovu vurub. Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işinə başlanılıb.