Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində küçələr təmir olunur. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan yenidənqurma işləri çərçivəsində qəsəbənin Şərq yaşayış sahəsinin 10-cu döngəsində 3000 kv.m əraziyə yeni asfalt örtüyü vurulur. Daha sonra küçədə müvafiq yol cizgiləri çəkiləcək və nişanlar quraşdırılacaq.
Qəsəbənin digər küçələrində də təmir-bərpa işlərinin aparılması gözlənilir.