Qaradağ rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağı 10 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.