Sabunçu rayonunun eyniadlı qəsəbəsində evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini B.Məmmədov adıçəkilən qəsəbədə yerləşən evdən pul, notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.