Bakıda saxta sənədlər hazırlayan şəxs tutulub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Saatlı rayon sakini Qamət Soltanov paytaxt ərazisində alqı-satqı üzrə vasitəçi kimi işləyib. O, saxta sənədlər hazırlayaraq dələduzluq sistemində iştirak edirdi. Onun Suraxanı rayonunda yaşadığı evdə müxtəlif dövlət və bələdiyyə orqanlarına aid 31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk, rəngli printer aşkar edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Saxta sənəd düzəldən şəxsin evindən 31 ədəd möhür tapılıb
Foto DİN