Xətai rayonunda azyaşlı uşağı avtobus vurub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Hadisə rayonun Xudu Məmmədov küçəsi, 51 ünvanında baş verib. 8 yaşlı Famil Quluzadə piyada keçidindən keçən zaman 51 saylı avtobus onu vurub. Nəticədə uşaq hadisə yerində dünyasını dəyişib. Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.