Xətai rayonunda quldurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Y.Səfərov küçəsində baş verib. Bakı şəhər sakinləri olan 2 yeniyetmə həmyerliləri N.Əliyevi döyərək onun telefonunu oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.