Zığ şosesində yeni piyada keçidi və avtobus dayanacağı quraşdırılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Yeni yol infrastrukturu şosenin Zeytun küçəsi ilə kəsişməsində quraşdırılıb. Belə ki, ərazidə yeni işıqfor yerləşdirilib, müvafiq nişanlanma xətləri çəkilib, məhəccərlər quraşdırılıb, avtobus dayanacağı yaradılıb.
Bundan əlavə, işıqforlar xüsusi çağırıcı cihazlarla təmin olunub.
