Səbail rayonu, “20-ci sahə” dairəsindəki taksilərə qarşı reyd keçirilir. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Dairənin yaxınlığında yerləşən avtobus dayanacağını zəbt edən taksilər sakinlərin narazılığına səbəb olur. Onlar dayanacaqdan rahat şəkildə istifadə edə bilmədiklərini, yola çıxmalı olduqlarını vurğulayırlar.
Çoxsaylı müraciətlərdən sonra əraziyə polis əməkdaşları cəlb olunublar və avtomobilləri ərazidən uzaqlaşdırıblar.