Abşeronda yol qəzası zamanı azyaşlı uşaq ölüb. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
36 yaşlı Ruslan Kotusenko “Prius” markalı nəqliyyat vasitəsi ilə Hökməli-Qobu avtomobil yolunda hərəkətdə olan zaman idarəetməni itirib və elektrik dirəyinə çarpılıb.
Nəticədə avtomobildə sərnişin kimi olan 9 yaşlı Allahverdi Fətullayev ağır xəsarətlərlə Bakıdakı Respublika Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.