Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bu haqda bu gün, 26 may tarixində Report məlumat verib.
AMB hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bu qərarın səbəbləri hazırda məlum deyil.
İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 73.611.000 manatdır.