Bakının Binəqədi rayonunda 34 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb. Bu haqda bu gün, 26 may tarixində APA məlumat verib.

34 yaşlı Xaqani Allahverdiyev yaşadığı evin tavanından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.