Bakıdan narkotik alıb Qazaxda satan şəxs tutulub. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Qazax rayonu ərazisində Novruz Alyarov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən müxtəlif bükümlərdə və qablarda heroin tapılıb. N.Alyarov narkotikləri Bakıda İran vətəndaşından aldığını və Qazaxda satmaq istədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
