ARTIM Layihə Məkanında “Guilty Pleasure” (Müqəssir zövq) sərgisi təşkil olunacaq. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az məlumat verir.

Sərgidə Ağaəli Sədirli və Nailə Dadaş-zadənin yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və “Kobranın ölüm rəqsi” ləqəbli Azərbaycan rəssamları iştirak edəcəklər.

Sərgi iyunun 1-dən sentyabrın 3-dək davam edəcək. Açılış saat 19:00-da baş tutacaq. Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi, 5. Giriş sərbəstdir.

“Guilty Pleasure” – sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb.