Bakı Olimpiya İdman Kompleksində 2 və 3 iyun tarixlərində 7-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Bu haqda bu gün, 26 may tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən Bakuplus.az məlumat verir.

Yarışda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyalarında idmançılar arasında qaliblər müəyyən  olunacaqlar.

Gimnastlar fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.