XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində iyunun 1-i saat 19:00-da Nəzrin Ağamalıyevanın “Hədis” qısametrajlı animasiya filminin premyerası təşkil olunacaq. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az məlumat verir.
“Hədis” animasiya filmi qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Animasiya “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin” dəstəyi ilə çəkilib. Rejissor Nəzrin Ağamalıyeva, ssenari müəllifləri Nəzrin Ağamalıyeva və İsmayıl İmandır.
Film Azərbaycan dilində nümayiş olunacaq.