Sevgilisi tərəfindən işgəncəyə məruz qalan və özünü yandıran qadının xəsarət alması faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır. Bu haqda bu gün, 26 may tarixində Bizim.Media məlumat verib.

Hadisənin vəziyyəti və şəraitinin tam, hərtərəfli və obyektiv araşdırılacaq və hadisə ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Hadisə aprelin 22-də baş verib. Qeyri-rəsmi nikahda olduğu Anar Məmməzadə ilə mübahisə zamanı ölüm həddinə çatan 23 yaşlı qadın özünü yandırıb. O, 3-cü dərəcəli yanıq xəsarətləri ilə 1 saylı Şəhər klinik Xəstəxanasının yanıq şöbəsində müalicə aldıqdan sonra evə buraxılıb. Qadının övladı sığınacağa göndərilib.