Bakıda yəhudilərin dini-mədəniyyət mərkəzi tikiləcək. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Tikinti işlərinin təqribən 1 il ərzində yekunlaşması planlaşdırılır. Burada şadlıq və konfrans zalları olacaq, eləcə də ingilis, rus, ivrit və Azərbaycan dilləri tədris ediləcək və musiqi sinifləri olacaq.

“Xalqımızın bütün milli-mənəvi dəyərlərində olan hansı xoş mərasimlər varsa, hamısı orada keçiriləcək”, – deyə dağ yahudiləri dini icmasının sədri Milix Yevdayev bildirib.