Bakıdakı çimərliklərin vəziyyəti nə yerdədir? Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Mövsümün başlamasına az qalmış çimərliklərin vəziyyəti qənaətbəxş deyil. Belə ki, çirkli və rəngsiz oturacaqlar, zibillik dolu ərazilər hələ də təmizlənməyib.
Bildirilir ki, bütün məsələ hava ilə bağlıdır:
“Ötən il tam hazır idi. Bu il hava soyuq keçdiyinə görə belədir. Yaxın zamanda hər yer təmizlənəcək”, – deyə çimərliklərin nəzarətçiləri deyirlər.
Qiymətlərin isə dəyişməyəcəyi qeyd olunur. Bütün rəqəmlərin ötən illə eyni olacağı vurğulanır.
Bakı şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bildiriblər ki, iyun ayının ilk yarısından çimərliklərdə yoxlamalara başlanılacaq. Hər hansı obyekt qaydalara riayət etməsə, sahibkarlar cərimələnəcəklər.