Bakının 2 tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Belə ki, “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanıb.

Bununla bağlı həmin klinikalar cərimələnib və nəzarətə götürülüb.