Bayram günlərində Bakı küçələri abadlaşdırılacaq. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, qeyri-iş günlərində paytaxtın bir sıra küçə və prospektlərinin təmizlənməsi nəzərdə tutulub. Onların siyahısı aşağıdakı kimidir:

  • Nərimanov rayonu üzrə Azadlıq prospekti, Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər;
  • Səbail rayonu üzrə Səməd Vurğun küçəsi, Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər və Mehdi Hüseyn  küçəsində;
  • Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi, Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər, Bakı Dairəvi avtomobil yolu, “Binə” ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə və Moskva prospekti, tuneldən “20 Yanvar” istiqamətində;
  • Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində isə tunellərin və yol ötürücülərinin təmizlənməsi nəzərdə tutulur.

Abadlıq işləri 27-29 may tarixlərində aparılacaq. Bununla bağlı həmin ərazilərdə hərəkət qismən məhdudlaşdırılacaq.