Bakının Binəqədi rayonunda taxta sexində yanğın olub. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 300 kv.m olan sexdə 30 kv.m sahəyə yığılan taxta materialları və 15 ədəd plastik pəncərə çərçivələri yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Sex alovdan mühafizə olunub.