Bakıda və Abşeron yarımadasında 27-28 may tarixlərində hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Bu haqda bu gün, 26 may tarixində Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosu məlumat verir.
Yarımadada mülayim şimal küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 25-29 dərəcə isti olacaq.
Həftəsonunu rayonlarda keçirmək istəyən Bakı sakinlərinin nəzərinə: Gəncədə, Mingəçevirdə və şimal rayonlarında yağmurlu hava, bəzi ərazilərdə fırtına gözlənilir.