Bakının Heydər Əliyev Mərkəzində iyunun 11-də “Viva Opera” qala-konserti keçiriləcək. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az məlumat verir.

İtalyan opera müğənnisi Ferruccio Furlanetto, Rusiyanın məşhur “Bolşoy” Teatrının solistləri, həmyerlilərimiz Dinara Əliyeva və Elçin Əzizov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Anton Ferştandt, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, Tural Ağasıyev səhnəyə çıxacaqlar.

Qala-konserdə, həmçinin Opera və Balet Teatrının solistləri Fatimə Cəfərzadə, Nina Makarova, Taleh Yahyayev, Atəş Qarayev, Mahir Tağızadə, Gunel Hacıyeva, Atəş Qarayev və teatrın xor kollektivi çıxış edəcəklər.

Teatrın simfonik orkestrinin muşayiəti ilə baş tutacaq konsert proqramında Ü.Hacıbəyli, M.Maqomayev, C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

İkipərdəli konsertə biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək mümkündür.