Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az xəbər verir.
Konsert Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına həsr olunacaq. Burada Xalq artistləri Aygün Kazımova və Miri Yusif çıxış edəcəklər. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və DJ Nicolas öz performanslarını göstərəcəklər.
Tədbir 27 may saat 18:00-da başlayacaq. Giriş sərbəstdir.
Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionatın yubileyi Bakıda keçiriləcək. Yarışda 2000-dək qonağın gəlməsi, eləcə də 145 ölkədən 1000-ə qədər imdançının iştirakı gözlənilir.