Bakının Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 26 may tarixində Oxu.az məlumat verib.
Hadisə prospekt ərazisində yerləşən yeraltı piyada keçidinin üstündə baş verib. Yolu piyadalar üçün nəzərdə tutulmamış yerdən keçmək istəyən şəxsi vurmamağa çalışarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çarpılıb.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.