Bakının mərkəzində M.Ə.Rəsulzadənin heykəli qoyulacaq. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cühmuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi zamanı heykəlin ilkin layihəsi təqdim olunub. Heykəl Xalq rəssamı, heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanıb.

Abidənin şəhərin mərkəzi ərazilərində yerləşdiriləcəyi ehtimal olunur.