Nərimanov rayonunda avtoxuliqanlıq edən şəxs tutulub. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Rövşən Musayev “Chevrolet” markalı avtomobillə qaydaları kobud şəkildə pozub, daha sonra yol polisinə tabe olmayaraq hadisə yerindən qaçmağa çalışıb.
Sürücü saxlanılaraq 10 sutkalıq həbs olunub. Faktla bağlı araşdırma aparılır.
