Bakının Nərimanov rayonunda, F.X.Xoyski prospektində yeni çəkilmiş qaz xəttində aparılan təmir işləri səbəbindən qaz təchizatı dayandırılıb. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.

Bu gün saat 10:00-dan C.Hacıbəyli, Ak.H.Əliyev, S.Rəhimov, M.Əlizadə küçələri və Atatürk prospektində 2000 abonentin qaz təchizatında fasilə olacaq.