Nizami rayonu, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən mağazanın sahibi MTK şirkətindən narazıdır. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.

Belə ki, “Karayev City MTK” mağazanın ətrafını hasarlayaraq ərazidə tikinti işlərinə başlayıb. Sahibkar bir neçə məhkəməyə müraciət edib udsa da, MTK buna məhəl qoymur. O, mağazanın qarşısını açmalı olsa da, tərsinə, qaz sayğaclarını sökür, işıq naqillərini kəsir.

Bundan əlavə, şirkət sakinlərin yaratdığı yaşıllıq ərazini də hasara alıb. Yerlilər ağacların kəsiləcəyindən qorxurlar. Həmçinin yeni bina yaşayış tikililərinə yaxın yerdə inşa olunur və qeyri-iş günlərində də iş görülür. Bu da sakinlərin istirahətinə maneə yaradır.

Nizami rayonunda MTK fəaliyyətdə olan mağazanı hasara alıb
Foto Patrul.az