Bakının Nizami rayonunda üçmərtəbəli yaşayış evində yanğın olub. Xəsarət alanlar var. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Binanın 1-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin yığılan məişət və taxta tullantıları yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Binanın qalan hissəsi alovdan mühafizə olunub.