Bakıda “Nur” çörək zavodunun istehsal etdiyi çörəklərin daşınması zamanı işçilər heç bir təmizlik normalarına riayət etmirlər. Bu barədə müvafiq kadrları Space TV yayıb.
Zavodun çörəklərin daşındığı taxta qutuları çırkab içində batır. Marketlərə çörəyin çatdırılması zamanı sanitar-gigiyenik qaydalara işçilər tərəfinfən əməl olunmur. İşçinin verdiyi reaksiyadan bəlli olur ki, çörəyin daşınmasına, ümumiyyətlə, nəzarət olunmur. Halbuki süfrələrə gələn çörəyin bişirilmə qaydaları ilə paralel daşınmasına da ciddi fikir verilməlidir.
Un və un məmulatlarının daşınması zamanı tələb olunan ən əsas qaydalardan biri sanitar gigiyenik qaydalara əməl etməkdirsə, təəssüf ki, paytaxtda ən böyük istehsalçılardan biri olan “Nur” çörək zavodunun əməkdaşları nəinki bu qaydalarından xəbərdardır, əksinə, ən böyük marketlərə çörəyi antisanitar vəziyyətdə daşıyırlar. Marketlərdə də bu məsələyə nəzarət edən yoxdur.
“Nur” çörəklərinin sanitar qaydalara uyğun daşınmaması məsələsinə müəssisədən cavab verən bir şəxs tapılmadı.
Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qurum tərəfindən yayılan görüntülərə baxılıb. Zavod əməkdaşlarının çörəyin antisanitar vəziyyətdə daşınması müəyyən edilib və araşdırmalara başlanılıb.