Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində, 7 saylı poliklinikanın yaxınlığındakı növbəti ticarət obyektinin tikintisi zamanı damın altında qalan 3 irigövdəli ağac insan müdaxiləsindən xilas olunub. Bu haqda bu gün, 26 may tarixində Bizim.Media məlumat verib.
Tikinti zamanı ağaclar tikinti ərazisinə salınıb. Hazırda tikinti işləri dayandırılıb, söküntü işləri aparılıb, ağacların gövdəsi tikinti altından çıxarılıb.
Buna baxmayaraq, ağacların dibi hələ də betonun altında qalır. Verilən məlumata görə, bu ağacların quramasına səbəb ola bilər.