Bakının ən sıx marşrut xətlərindən biri yeni şirkətə təhvil verilib. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az “Qafqazinfo”-ya istinadən xəbər verir.

77 saylı marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinə həvalə edilib. Yeni iritutumlu avtobuslar 1 iyun tarixindən etibarən fəaliyyətə başlayacaq. Bundan əlavə, marşrut xətti üzrə kartla ödəniş sisteminə də keçid ediləcək.

Sözügedən avtobuslar hər gün 30.000 sərnişinə xidmət göstərəcəklər.