Bakıda atçılıq üzrə çempionat keçiriləcək. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Binə Atçılıq Mərkəzində təşkil olunacaq turnirdə ölkənin müxtəlif rayonlarından 40-dan çox at öz gücünü sınayacaq. Yarış 6 müxtəlif məsafə üzrə aparılacaq. Hər məsafədə 8-15 at iştirak edəcək.

Tədbir 28 may saat 11:00-da baş tutacaq. Giriş sərbəstdir.