Xətai rayonunda minik avtomobili yanıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma “Renault” markalı nəqliyyat vasitəsində başlayıb. Nəticədə maşının mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.