Bakıda 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “Qan ver – həyat xilas et!” devizi altında qanvermə aksiyası keçirilir. Bu haqda bu gün, 27 may tarixində Report məlumat verib.

Aksiya Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində təşkil olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, o cümlədən nazirliyin, idman idarə və təşkilatlarının əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Saat 17:00-a qədər davam edəcək kampaniyada 500-ə qədər donorun iştirakı gözlənilir.

Bakıda Müstəqillik Gününə həsr olunmuş qanvermə aksiyası keçirilir
Foto Report.az